“Hüquq Klinikası” layihəsinə start verilir!

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərəfdaşlığı, Gənclər Fondunun maliyyə dəstəyi və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hüquq Klinikası” layihəsi hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquqi xidmətlərə çıxış imkanlarının artırılmasına və regionlarda hüquqi maarifləndirmənin gücləndirilməsinə yönəlib.

 

Layihə çərçivəsində hüquq təhsili alan gənclər peşəkar hüquqşünasların dəstəyi ilə hüquqi məsləhətvermə, vətəndaş müraciətlərinin qəbulu, hüquqi sənədlərin hazırlanması və rəqəmsal hüquqi xidmətlər üzrə praktiki bacarıqlar əldə edəcəklər.

 

Hazırlıq və təlim mərhələsindən sonra gənclər onlayn platforma və regionlarda keçiriləcək görüşlər vasitəsilə vətəndaşlara ilkin hüquqi məsləhətlər verəcək, hüquqi prosedurlar barədə məlumatlandırma aparacaq və hüquqi maarifləndirmə sessiyaları təşkil edəcəklər.

 

Qeydiyyat linki

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.