SR Avtomobil Sektoru komandamıza Hüquqşünas axtarışındayıq!

 

Əsas tələblər:

 Hüquq ixtisası üzrə ali təhsil

 Azərbaycan, Rus dilində sərbəst danışıq və yazı bacarığı ( ingilis dili arzuolunandır)

 Azərbaycan Respublikasının qanunvericiliyini yüksək səviyyədə bilmək

 Hüquqi sənədlərlə işləməkdə, məhkəmə və icra işləri sahəsində minimum 2 il iş təcrübəsi

Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik

 

 Əsas vəzifə öhdəlikləri:

    Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili, hüquqi rəyin verilməsi, razılaşdırılması və rəsmiləşdirilmiş müqavilələrin qeydiyyatının aparılması;

• Məhkəmələrdə və dövlət orqanlarında Şirkətin təmsil olunması;

• İddia ərizələri, etirazlar, vəsatətlər, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;

• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədi ilə müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində şirkətin təmsil edilməsi;

• Məhkəmə qərarlarının vaxtında və düzgün icrası prosesinə nəzarət edilməsi;

• Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və rəhbərliyin məlumatlandırılması;

• Hüquqi sənədlərin reyestrinin aparılması;

• Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

 Texniki bacarıqlar:

 MS Office proqramları (xüsusilə Word)

 Yaxşı hüquqi analiz və inandırma bacarığı

 

Biz nə təklif edirik:

 Rəqabətqabiliyyətli əməkhaqqı, stabil və dinamik iş mühiti, peşəkar komanda ilə əməkdaşlıq, karyera inkişafı və təlim imkanları, Şirkətin hüquqi strategiyasının formalaşdırılması və icrasında aktiv iştirak imkanı

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Hüquqşünas” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.