Azersun Holding-ə bağlı olan AL Market MMC-də Hüquqşünas vakansiyası üzrə komandamıza yeni komanda yoldaşı axtarırıq.
Tələblər:
· Hüquq sahəsində ali təhsil.
· Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi.
· Məhkəmə və müqavilə işləri üzrə dərin bilik və praktiki təcrübə.
· Azərbaycan Respublikası qanunvericiliyini yüksək səviyyədə bilmək.
· Analitik düşünmə, liderlik və qərarvermə bacarıqları.
· Güclü ünsiyyət, təqdimat və hüquqi sənədlərlə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
· Şirkəti məhkəmə instansiyalarında, dövlət qurumlarında və digər rəsmi orqanlarda təmsil etmək.
· Şirkətin hüquqi proseslərini idarə etmək və hüquqi risklərin nəzarətdə saxlanılmasını təmin etmək.
· İddia, etiraz, apellyasiya və digər hüquqi sənədlərin hazırlanmasına nəzarət etmək.
· Müqavilələrin hüquqi ekspertizasını aparmaq və yeni müqavilələrin hazırlanmasını təmin etmək.
· Mediasiya proseslərində şirkətin maraqlarını təmsil etmək və hüquqi prosedurları idarə etmək.
· Struktur bölmələrinə hüquqi dəstək və hüquqi məsləhətlər vermək.
· Əmək, mülki, korporativ və inzibati hüquq sahələri üzrə hüquqi nəzarəti həyata keçirmək.
· Hüquq şöbəsinin fəaliyyətini təşkil etmək və iş bölgüsünü koordinasiya etmək.
· Hüquqi sənədlərin düzgün hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., AL Market MMC Baş ofis
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətli əməkhaqqı
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.

