VAKANSİYA ELANI | HÜQUQŞÜNAS

Aqrar Xidmətlər Agentliyi hüquq sahəsində bilik və təcrübəyə malik, peşəkar komandasına qoşulmaq istəyən namizədləri Hüquqşünas vəzifəsinə müraciət etməyə dəvət edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

▪️ Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;

▪️ Rəhbərliyə imza üçün təqdim olunan hüquqi xarakterli sənəd layihələrinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;

▪️ Struktur bölmələrdən daxil olan hüquqi sorğuların cavablandırılması və hüquqi sənədlərin hazırlanmasına dəstək göstərilməsi;

▪️ Müəssisə, idarə və təşkilatların fəaliyyətində yaranan hüquqi məsələlərin həllində iştirak edilməsi;

▪️ Normativ hüquqi akt layihələrinə dair hüquqi rəylərin hazırlanmasında iştirak edilməsi.

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

▪️ Hüquq sahəsi üzrə ali təhsil;

▪️ Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə biliklər;

▪️ Hüquqi ekspertiza və təhlil bacarığı;

▪️ Dəqiqlik, operativlik və məxfi məlumatlarla işləmək bacarığı;

▪️ Məsuliyyətlilik, təşəbbüskarlıq və müsbət iş münasibətləri qurmaq bacarığı;

▪️ Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

▪️ MS Office proqramlarından sərbəst istifadə bacarığı;

▪️ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək. İngilis və rus dili bilikləri arzuolunandır.

MÜRACİƏT QAYDASI

Maraqlanan namizədlər CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

 [email protected] 

Peşəkar bilik və bacarıqlarınızla dövlət xidmətinin inkişafına töhfə vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!

Aqrar Xidmətlər Agentliyi

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.