Vakansiya: Hüquqşünas
Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Səndən gözləntilərimiz:
· Şirkətin hüquqi maraqlarını qorumaq, müqavilə və əməliyyatların qanuni olduğunu təmin etmək
· Şirkətin fəaliyyətinə dair qanunvericilik aktlarının izlənilməsi və təhlili, dəyişikliklərin rəhbərliyə təqdim edilməsi.
· Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması.
· Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi baxımdan qiymətləndirilməsi.
· Fintex fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak.
· Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək.
· Hüquqi rəy və məsləhətlərin verilməsi, rəhbərliyin qərar layihələrinin hüquqi ekspertizasının aparılması.
· Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.).
· Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək.
· Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak.
· Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq.
· Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək.
· Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüslər göstərmək.
· Hüquqi sənədləri düzgün hazırlamaq
Tələb olunan ixtisas və təcrübə:
· Ali təhsil (hüquq sahəsində) və minimum 2-3 il iş təcrübəsi.
· Fintex və bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
· Məhkəmə proseslərində işəgötürəni təmsil etmə və çıxış etmə təcrübəsi
· Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qayda bilikləri
· Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası qanunu haqqında biliklər.
Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Çevik iş qrafiki (5/2).
· Rəsmi əmək müqaviləsi və 30 gün məzuniyyət.
· Peşəkar və karyera inkişafı üçün geniş imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!