Azərikard "Hüquqşünas" vəzifəsi üzrə vakansiya elan edir. Tələblər: - Ali təhsil (hüquq sahəsi üzrə); - İş təcrübəsi: 3 il - Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə); - Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı; - Yüksək icraçılıq bacarığı; - Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır. Vəzifə öhdəlikləri: - Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi; - Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi; - Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik
çərçivəsində həlli; - Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması; - İclaslar üzrə Protokolların hazırlanması; - Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması; - Daxil olan sorğuların cavablandırılması; - Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili; - Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma; - Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək. Namizədlərdən CV-lərini “Hüquqşünas” mövzusu ilə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.