Azersun Holding Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir!
Azersun Holding-ə bağlı olan Bazar Store MMC-də komandamıza Hüquqşünas axtarırıq. Əgər hüquq sahəsində biliklərinizi korporativ mühitdə tətbiq etmək və peşəkar inkişafınızı davam etdirmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Tələblər:
-Hüquq sahəsi üzrə ali təhsil
-Sahə üzrə 3 il və üzəri iş təcrübəsi
-Müvafiq qanunvericilik üzrə biliklər
-Dövlət rüsumları və cərimələr haqqında məlumatlılıq
-Güclü işgüzar ünsiyyət bacarıqları
-Məhkəmələrdə təmsilçilik və hadisələrə hüquqi qiymət vermək bacarığı
Əsas vəzifə öhdəlikləri:
-Müqavilə layihələrinin hazırlanması, ekspertizası və rəy verilməsi
-Dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlərin qanunvericiliyə uyğun cavablandırılması
-Cəmiyyət daxili hüquqi sənədlərə (əmr, qərar, məktub və s.) rəy verilməsi
-Müqavilələrin elektron reyestrinin aparılması və sənədlərin sistemli saxlanılması
-Hüquqi araşdırmaların aparılması və struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi
-Cəmiyyətin məhkəmələrdə və digər qurumlarda qanuni maraqlarının müdafiəsi
-Müqavilə danışıqlarında və mübahisələrin həllində iştirak
-Şirkətdaxili qayda, prosedur və vəzifə təlimatlarının hazırlanmasında iştirak
-Notarial səlahiyyət verildiyi halda Cəmiyyətin notariat orqanlarında təmsil edilməsi
İş şərtləri:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri: Bakı şəhəri
Müraciət qaydası:
Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Hüquqşünas-Bazarstore MMC” qeyd etməklə göndərə bilərsiniz.