“İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN 4-CÜ FORUMU” (İSMF 2026)
Forum, 3 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.
Forum “Çinar Yayımları” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.
Forumun əsas məqsədi ölkənin müxtəlif bölgələrindən olan bağça müəllimlərini, ibtidai sinif müəllimlərini bir araya gətirmək, onların əməkdaşlıq və təcrübə mübadiləsi aparmalarına, müasir təhsil yanaşmaları ilə tanış olmalarına, həmçinin yeni layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaratmaqdır.
Forum çərçivəsində təhsil sahəsində aktual mövzuların müzakirəsi, müəllimlərin gündəlik pedaqoji fəaliyyətində qarşılaşdıqları məsələlərə yeni baxışların təqdim olunması, müasir tədris metodları və effektiv yanaşmalarla bağlı fikir və təcrübələrin bölüşülməsi nəzərdə tutulur. İştirakçılar həmkarlarının təcrübəsindən yararlanmaq, yeni ideyalar əldə etmək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.
İSMF 2026 təşkilat komitəsinin sədri Bəhram Oruclu bildirir ki, forumun əsas hədəflərindən biri müəllimlər üçün davamlı inkişaf, qarşılıqlı öyrənmə və əməkdaşlıq mühiti formalaşdırmaqdır. Onun sözlərinə görə, müasir təhsil yalnız yeni metod və texnologiyaların tətbiqi ilə deyil, eyni zamanda müəllimlərin bir-birinin təcrübəsindən faydalanması, uğurlu yanaşmaları paylaşması və peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi ilə inkişaf edir.
“İbtidai sinif müəllimlərinin 4-cü forumu” eyni zamanda müəllimlər arasında əməkdaşlığın gücləndirilməsinə, təhsil sahəsində yeniliklərin paylaşılmasına və gələcək layihələr üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək. Forum iştirakçılar üçün həm maarifləndirici, həm də faydalı ünsiyyət və təcrübə platforması olacaq.
Forumun keçiriləcəyi yer:
Heydər Əliyev Sarayı
Forumun müddəti:
14:30 – 16:30 / 3 Oktyabr 2026 (Şənbə günü)
Qeydiyyat və bilet əldə etmək üçün:
055-224-56-26
ÇİNAR-Təməlində sevgi var.