İcma Tərəfdaşlıq Modeli ilə məktəbəqədər təhsilə dəstək olun!
Məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi məqsədilə İcma Layihəsi uşaq inkişaf mərkəzlərini, məktəbəqədər və məktəbə hazırlıq təhsil xidmətləri təklif edən və uyğun məkanı olan şəxsləri əməkdaşlığa dəvət edir.
Tərəfdaş nə təqdim edir?
Təlim otağı
Mebel, inventar və zəruri ləvazimatlar
Müəllim namizədi
İcma Layihəsi nə təmin edir?
Müəllimə metodiki dəstək və maliyyələşməsi
Tədris proqramı
Elektron portal üzərindən qeydiyyat və fəaliyyətin idarə olunması
Monitorinq və keyfiyyətə nəzarət
Model necə fəaliyyət göstərir?
Bir təlim otağında gün ərzində 3 qrupa qədər fəaliyyət təşkil oluna bilər. Hər qrupda 10-15 uşaq iştirak edir və qruplar təsdiq edilmiş qrafik üzrə fəaliyyət göstərir. Təlim 8 ay (oktyabr-may) ərzində həyata keçirilir.
Mövcud məkanınız və imkanlarınız varsa, İcma Layihəsinə tərəfdaş olun və məktəbəqədər təhsilin daha çox uşaq üçün əlçatan olmasına töhfə verin.
Müraciət linki: LİNK
Son tarix: 21.09.2026 saat: 23:59