VAKANSİYA: İctimai Əlaqələr üzrə Mütəxəssis
"Ekol Mühəndislik Xidmətləri" QSC komandamıza İctimai Əlaqələr üzrə Mütəxəssis axtarırıq!
Bu vəzifə şirkətimizin imicinin formalaşdırılmasına, ictimaiyyət və media ilə səmərəli kommunikasiya qurulmasına töhfə vermək imkanı yaradır.
Sizdən gözlənilənlər:
Şirkətin ictimai əlaqələr strategiyasının hazırlanması və icrasında iştirak
Media ilə əməkdaşlığın qurulması, press-relizlərin, xəbərlərin və məlumatların hazırlanması
Sosial media kontentinin planlanması, hazırlanması və idarə edilməsi
Korporativ tədbirlərin, layihələrin PR və kommunikasiya təminatının təşkili
Şirkətdaxili və kənar kommunikasiya materiallarının hazırlanması (mətnlər, elanlar, təqdimatlar və s.)
Tələblər:
Ali təhsil (jurnalistika, PR, kommunikasiya, marketinq, filologiya və ya uyğun sahə)
PR, kommunikasiya, media və ya marketinq sahələrində 1–3 il iş təcrübəsi
Dizayn proqramları üzrə baza bilikləri (üstünlük sayılır)
Kreativ düşünmə, operativlik və təqdimat bacarığı
Sosial media platformaları və rəqəmsal kommunikasiya üzrə biliklər
Azərbaycan dilini yüksək səviyyədə, rus və ingilis dillərini isə yaxşı səviyyədə bilmək arzuolunandır
Biz təklif edirik:
Şirkət tərəfindən təmin olunan nahar
Könüllü tibbi sığorta
Peşəkar inkişaf və yaradıcılıq imkanları
Müraciət qaydası:
CV-nizi mövzu sətrində “İctimai Əlaqələr üzrə Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsizin.
Son müraciət tarixi: 17 dekabr 2025
Əgər siz kommunikasiya, media və PR sahəsində şirkətimizin inkişafına dəstək olmaq istəyirsinizsə – komandamıza qoşulun!