Dekabrın 5-7-də Göygöl Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “İGİD – İntellektual Gənclərin İnkişaf Düşərgəsi” keçiriləcək.

 

Düşərgənin əsas məqsədi iştirakçıların məntiqi düşünmə sürətini artırmaq, strateji yanaşma bacarıqlarını gücləndirmək və məlumatı qısa zamanda analiz edərək düzgün qərarvermə qabiliyyətini inkişaf etdirməkdir.

 

Proqram çərçivəsində iştirakçılar üçün intellektual oyunlar, liderlik modulları, nəzəri və praktiki sessiyalar, analitik strateji tapşırıqlar, komanda fəaliyyətləri, yarışların keçirilməsi və sualların yazılması ilə bağlı master-klaslar təşkil olunacaq.

 

Qeydiyyat üçün: https://forms.gle/Vp9Z6bN6pzMBmEgV6

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.