İGNİTE İnkubasiya Proqramına qeydiyyat formu
İGNİTE İnkubasiya Proqramı — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən 6 aylıq inkubasiya proqramıdır.
Proqramın əsas məqsədi innovativ ideyaların inkişaf etdirilməsi, startapların formalaşdırılması və onların bazara çıxış imkanlarının artırılmasıdır.
Proqram çərçivəsində iştirakçılar mentor dəstəyi, təlimlər, şəbəkələşmə (networking) imkanları və real biznes mühitinə çıxış əldə edirlər. İnkubasiya mərhələsinin sonunda seçilmiş komandalar “Demo Day” tədbirində layihələrini təqdim edir və münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Qiymətləndirmə nəticələrinə əsasən ilk 3 yerin sahibi olan komandalar müvafiq olaraq 6000 AZN, 5000 AZN və 4000 AZN məbləğində mükafatla təltif olunur.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qeydiyyat forması vasitəsilə toplanan məlumatların itirilməsi və ya sızması ilə bağlı heç bir məsuliyyət daşımır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üzrə məsuliyyət formu yaradan/dolduran/idarə edən təşkilat və ya quruma (şəxsə) aiddir. İRİA toplanmış məlumatların sui-istifadəsi və ya icazəsiz əldə olunması nəticəsində yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.
Qeyd: Proqrama yalnız ADNSU və UFAZ tələbələri qoşula bilər.