“İKT-də Qadınlar“ müsabiqəsinə qeydiyyat başladı!



Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - The Ministry of Digital Development and Transport, Innovation and Digital Development Agency tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını
təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.



 İştirak şərtləri:


▪“Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalı;
▪ Layihə cəmiyyətə real tətbiq oluna biləcək, sosial təsirli və unikal olmalı;
▪ İştirakçılar 30 may 2025-ci il tarixinə qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və 1 dəqiqəlik video çıxışı əlavə etməli.
Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq.

Qaliblər üçün mükafatlar:
1-ci yer – Monoblok Kompüter;
2 -ci yer – Notebook;
3 -cü yer – Smartfon.

 

Son müraciət tarixi: 30 may 2025

Qeydiyyat linki: 
 

LİNK

Ətrafınızda innovativ fikirləri olan qadınlar tanıyırsınızsa, bu məlumatı onlarla mütləq paylaşın. Bu fürsət onlar üçün ola bilər

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.