Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Horadiz regional əməliyyat mərkəzində “ilməkçi” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlərin müvafiq sahədə peşə təhsili (peşə təhsilinə dair təsdiqedici sənədlə) olmalıdır.
Təminatlar:
• Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
• Gündə 3 dəfə yemək ilə təmin edilmə;
• Yaşayış yeri ilə təmin edilmə;
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.
• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (diplom, attestat, sertifikat, vəsiqə, arayış və s.);
• əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin 30 sentyabr tarixinədək həyata keçiriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.