“Barattson” MMC IELTS Test Mərkəzinə “İmtahan nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin məlumatlandırılması;
Namizədlərin qeydiyyatının aparılması və prosesə uyğun olaraq əməliyyatların icrası;
İmtahanların təşkili və iştirakçılara yüksək səviyyədə xidmət göstərmək;
“Speaking” imtahanlarının keçirilməsini təşkil etmək;
Digər administrativ işlər.
Əsas tələblər:
Ali təhsil;
Müştəri xidməti üzrə minimum 6 ay iş təcrübəsi;
Dil bacarıqları: Azərbaycan dili - əla (native), İngilis dili – yüksək (upper-intermediate);
MS Office proqramlarında işləmə bacarığı, xüsusilə MS Excel;
Ünsiyyət bacarığı;
Gülərüz və səbrli;
Operativ işləmə bacarığı.
İş qrafiki: 5 iş günü (09:00-18:00);
Əməkhaqqı: 700 AZN (məbləğə bonus daxildir).
Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “İmtahan nəzarətçisi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 10 sentyabr 2026-cı il.

