IT komandamızı böyütmək və gücləndirmək məqsədilə aşağıdakı istiqamətlər üzrə peşəkar və motivasiyalı yeni həmkarlar axtarırıq:
Açıq vakansiyalar:
1. Internet və Mobile Banking üzrə IT Analyst
2. Core Banking üzrə IT Analyst
3. Senior Sistem inzibatçısı
4. Hesabatlılıq üzrə Senior / Middle PL/SQL Developer
Namizədlərə təklif etdiyimiz imkanlar:
• Türkiyənin ən iri texnologiya qurumlarından biri olan Ziraat Teknoloji ilə birgə əməkdaşlıq (collaboration) mühiti
• Bank sektorunda beynəlxalq miqyaslı və strateji layihələrdə birbaşa iştirak imkanı
• Müasir texnologiyalar, enterprise arxitektura və qabaqcıl bank sistemləri ilə işləmək
• Peşəkar bilik və bacarıqların inkişafı üçün davamlı öyrənmə və knowledge-sharing mühiti
• Güclü və təcrübəli IT komandası ilə komanda işi
• Karyera inkişafı, daxili rotasiya və yüksəliş imkanları
• Bazar şərtlərinə uyğun rəqabətqabiliyyətli əmək haqqı və sosial paket
• Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq perspektivi
Ümumi gözləntilər:
• Müvafiq sahə üzrə praktiki təcrübə
• Analitik düşüncə və problem həll etmə bacarığı
• Komanda ilə effektiv kommunikasiya və məsuliyyətli yanaşma
• Bank və maliyyə texnologiyaları sahəsində təcrübə üstünlükdür
Son müraciət tarixi: 28.02.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.