Vakansiya: İnformasiya Texnologiyaları (İT Helpdesk) üzrə mütəxəssis
Şirkət: Debet Safety MMC
İş rejimi: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- İstifadəçilərin texniki sorğularını qəbul etmək (telefon, e-poçt, ticket sistemi)
- Kompüterlərdə, noutbuklarda və digər avadanlıqlarda nasazlıqları diaqnoz etmək və həll etmək
- Proqram təminatını quraşdırmaq, yeniləmək və sazlamaq
- Şəbəkə problemlərinə (LAN/Wi-Fi) texniki dəstək göstərmək
- Printerlər, skaner və digər periferik avadanlıqlarla bağlı problemlərin həlli
- İstifadəçilərə əməliyyat sistemləri (Windows və s.) və istifadəçi profilləri ilə bağlı kömək vermək
- E-poçt konfiqurasiyaları və istifadəçi hesablarının yaradılması / idarə edilməsi
- Lazım gəldikdə mürəkkəb problemləri server / sistem administratorlarına yönləndirmək
Namizədə Tələblər:
Ali təhsil (İT ixtisası üstünlükdür)
Help Desk və ya İT dəstək sahəsində ən azı 1 il iş təcrübəsi
Windows əməliyyat sistemləri ilə işləmə bacarığı
Şəbəkə əsasları üzrə bilik (TCP/IP, DHCP, DNS kimi)
Periferik avadanlıqlarla təcrübə (printer, skaner, və s.)
Yaxşı ünsiyyət bacarığı, məsuliyyət və problem həlletmə bacarığı
Azərbaycan dili sərbəst, ingilis / rus dili arzuolunandır
-İş qrafiki: Həftə içi 5 gün
Müraciət üçün:
CV-nizi [email protected] ünvanına göndərin .