Türkiyə-Azərbaycan Universitetində (TAU) İngilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

· Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, ingilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);

· İngilis dilinin tədrisi üzrə minimum 2(iki)-5(beş) il pedaqoji təcrübə;

· Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq.

 

Dil və təlim sertifikatı üzrə tələblər:

· TOEFL imtahanından minimum 100/120 bal;

· CELTA və ya DELTA sertifikatı üzrə isə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);

· İngilis dilində motivasiya məktubu;

· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

 

· Tələbəyönlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

· Yüksək səviyyədə kommunikasiya və tədqiqatçılıq bacarıqları.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, TOEFL) [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Qeyd: Namizədlərin seçimi müsahibə və demo dərs mərhələləri əsasında həyata keçiriləcək.

Müraciət üçün son tarix: 20.11.2025     

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.