Vakansiya: İngilis dili və kompüter biliklərinə malik işçi
İş yeri: Bakı şəhəri – Beynəlxalq Təhsil Mərkəzi (Koroğlu metrosu yaxınlığı)
İş qrafiki: 09:00 – 18:00
Əmək haqqı: 500 AZN+
İş haqqında
Beynəlxalq Təhsil Mərkəzi komandasına məsuliyyətli, ingilis dili və kompüter biliklərinə malik, komanda ilə işləmə bacarığı olan əməkdaş axtarır. Namizəd xarici ölkələr və yerli universitetlərlə onlayn əlaqələrin qurulması, sənədlərlə iş və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi prosesini icra edəcək.
Vəzifə öhdəlikləri və tələblər
Tapşırılan işlərin vaxtında və düzgün yerinə yetirilməsi
Sənədlərlə işləmək və lazımi məlumatların hazırlanması
Xarici ölkələr və yerli universitetlərlə onlayn əlaqələrin qurulması
Kollektivlə səmərəli əməkdaşlıq etmək
İngilis dilində danışıq bacarığı
Kompüterlə işləmə bacarığı
Məsuliyyətli və intizamlı olmaq
Səbirli və araşdırma qabiliyyətinə malik olmaq
İş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də müraciət edə bilər)
Qeyd
CV göndərməzdən əvvəl vəzifə öhdəlikləri və tələblərlə diqqətlə tanış olmağınız xahiş olunur. Vakansiya sizə uyğundursa, son 3 ay ərzində hazırlanmış CV ilə müraciət edə bilərsiniz. CV-də şəxsi məlumatlarınız, hazırda yaşadığınız ünvan, təhsiliniz və maraq göstərdiyiniz sahələr qeyd olunmalıdır.
Email: [email protected]