İdeyan varsa, bu fürsəti qaçırma!

İnkubasiya proqramında iştirak edərək ideyandan real layihə yarat!

 

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində inkubasiya proqarmına start veriləcək.

 

Proqramın əsas məqsədi tələbələr, innovativ ideyası olan gənclər və gənc tədqiqatçıların startap layihələrinin inkişaf etdirilməsi və akselerasiya mərhələsinə hazırlanmasıdır.

 

İnkubasiya proqramı çərçivəsində iştirakçılara biznes modelləşdirmə, məhsulun inkişafı, komanda quruculuğu, mentor dəstəyi və investorlarla əlaqə imkanları təqdim ediləcək. Proqram müddətində komandalar praktiki təlimlər və layihələrinin təkmilləşdirilməsi vasitəsilə öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər.

 

Bu fəaliyyətlər gənclərə real təcrübə qazanmaq, layihələrini investor və ekosistem nümayəndələri qarşısında təqdim etmək imkanı yaradacaq.

 

 Müraciətlərin başlama tarixi: 06.10.2025

İnkubasiya proqarmının başlama vaxtı: 2025-ci il noyabr

Məkan: AzTU İnkubasiya Mərkəzi

Qeydiyyat üçün link: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.