Gənclər üçün yeni imkan!
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramı elan olunur.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.
Proqram çərçivəsində gənclər
Süni intellekt (AI) əsaslı texnologiyalar;
Data analitika və rəqəmsal qərarvermə;
Proqramlaşdırma və proqram təminatı;
Rəqəmsal məhsul və platforma bacarıqları;
Texnologiya əsaslı innovasiya və startap bacarıqları üzrə praktiki təlimlər və real bacarıqlar əldə edəcəklər.
Ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
18–29 yaş arası gənclər http://youthfoundation.az saytına daxil olaraq Elektron Xidmətlər bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Son müraciət tarixi: 1 mart 2026 saat 18:00
Gələcəyin texnologiyalarını elə bu gündən öyrənməyə başla!