“Bakı Hotel Kompani” QSC inşaat və mühəndislik sahəsində gənc mütəxəssislərin peşəkar inkişafına dəstək məqsədilə ödənişli  (Maaşlı)Təcrübə Proqramı elan edir.

Struktur bölmə: Mühəndislik şöbəsi

Ünvan: İzmir küçəsi, Hyatt Tower 2

 

Təcrübə sahələri:

Memarlıq

İnşaat mühəndisliyi

Elektrik mühəndisliyi

Mexanika və digər inşaat yönümlü ixtisaslar

Proqram haqqında ümumi məlumat:

 

Proqramın müddəti: 3-6 ay

Başlama tarixi: 01 oktyabr

Əmək müqaviləsi: Təcrübəçilərlə rəsmi əmək müqaviləsi bağlanacaq və ödəniş təyin olunacaq

Namizədlərə tələblər:

İnşaat sahəsində son kurs bakalavr və ya magistr tələbələri, yaxud yeni məzunlar;

Öz ixtisasında praktiki bacarıqlarını inkişaf etdirmək istəyən motivasiyalı gənclər;

Komanda ilə işləmək və məsuliyyətli yanaşma bacarığı.

Təcrübə proqramı çərçivəsində sizə təqdim olunacaq imkanlar:

Şirkət tərəfindən nahar 

Təcrübə dövründə real layihələrdə iştirak və praktiki bacarıqların inkişafı;

Proqramı uğurla başa vuran şəxslərə gələcək iş imkanlarının dəyərləndirilməsi.

Real korporativ mühitdə təcrübə

Necə müraciət etməli?

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Təcrübə proqramı – müvafiq sahə” qeyd etməklə CV-lərini  [email protected]  e-mail ünvanına göndərməlidirlər.

 

Yalnız seçilmiş namizədlərə növbəti mərhələlər barədə əlavə məlumat veriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.