Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İnsan Resursları bölməsinə mütəxəssis tələb olunur!

 

Namizədə dair tələblər : 

Ali təhsil (müvafiq və ya alternativ sahə);

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

Əmək qanunvericiliyi üzrə biliklər və qanunvericilik normalarını praktiki tətbiqetmə bacarığı;

ƏMAS portalından istifadə üzrə praktiki biliklər;

1C proqramında işləmək bacarığı;

MS Office proqramlarında sərbəst işləmək bacarığı;

İngilis dili üzrə biliklər arzuolunandır;

Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Məsuliyyətli, dəqiq və operativ olmaq.

 

Əsas vəzifələr:

İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və qeydiyyatının aparılması;

ƏMAS portalı və 1C proqramı üzərindən müvafiq əməliyyatların həyata keçirilməsi;

Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, başqa işə keçirilməsinin, iş rejimində dəyişikliklərin, habelə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi;

İşçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ezamiyyət, məzuniyyət və digər hallarla bağlı əmrlərin hazırlanması, sistemə daxil edilməsi və qeydiyyatının aparılması;

Əmək münasibətləri üzrə digər sənədləşdirmə və inzibati əməliyyatların həyata keçirilməsi.

 

Maraqlanan şəxslərdən [email protected]  e-mail ünvanına CV anketini təqdim etməsi xahiş olunur.Yalnız qısa siyahıya düşmüş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.