Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları departamentinə işə qəbul üzrə aparıcı mütəxəssis axtarırıq!
Namizəd vakansiyaların elan edilməsindən yeni işçinin rəsmiləşdirilməsinə qədər olan bütün işə qəbul prosesinin tam icrasını - namizəd cəlbi, seçimi, qiymətləndirilməsi proseslərinin həyata keçirilməsini təmin edəcək.
Sizi hansı öhdəliklər gözləyir?
• Müəssisənin tələbatına uyğun olaraq işə qəbul prosesinin tam idarə edilməsi;
• Vakansiya tələblərinin bölmələrlə razılaşdırılması və vakansiya elanlarının hazırlanması;
• CV-lərin seçilməsi, ilkin uyğunluğun qiymətləndirilməsi və namizədlərlə əlaqənin qurulması;
• Müsahibələrin təşkili və keçirilməsi (telefon, online, canlı);
• Namizədlərin kompetensiya əsaslı qiymətləndirilməsi və hesabatların hazırlanması;
• Müxtəlif işə qəbul kanallarının idarə edilməsi (job portallar, sosial media, karyera mərkəzləri və s.);
• Namizəd bazasının qurulması və aktual saxlanılması;
• İşə qəbul göstəricilərinin (KPI) təhlili və rəhbərliyə mütəmadi hesabat verilməsi;
• Korporativ dəyərlərə uyğun namizəd təcrübəsinin təmin edilməsi;
• İşə qəbul prosesinin daxili qaydalara və qanunvericiliyə uyğun icrası.
Namizədlərdən tələblərimiz
• İnsan resursları, Biznesin idarəedilməsi, Psixologiya və ya əlaqəli digər sahə üzrə ali təhsil;
• İşə qəbul və HR sahəsində minimum 2 il təcrübə (nəqliyyat və ya iri strukturda təcrübə üstünlükdür);
• Müsahibəetmə metodları, qiymətləndirmə alətləri və kompetensiya əsaslı seçmə prosesləri haqqında bilik;
• Əmək qanunvericiliyi və əmək münasibətlərinə dair əsas anlayış;
• Güclü ünsiyyət, təqdimat və qiymətləndirmə bacarıqları;
• MS Office proqramlarında sərbəst işləmə bacarığı;
• Analitik düşüncə və qərarvermə bacarığı;
• Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür.
Metropoliten Sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 11 iyun 2026-cı il