Bakı Metropoliteni olaraq, peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları departamentinin Təşkilati inkişaf şöbəsinə böyük mütəxəssis axtarırıq!
Namizəd şirkətin strateji məqsədlərinə uyğun təşkilati strukturu, vəzifə arxitekturasını və dərəcələndirmə sistemini dizayn edib iş analizi və işçi qüvvəsi planlaması vasitəsilə təşkilatın effektiv qurulmasını və inkişafını təmin edəcək.
Sizi hansı öhdəliklər gözləyir?
• Strateji məqsədlərə uyğun təşkilati struktur, ştat cədvəli və vəzifə bölgülərinin effektivlik və idarəetmə prinsipləri əsasında dizayn edilməsi və idarə olunması;
• İş analizi metodologiyalarını tətbiq etməklə vəzifələrin məqsəd, funksiya, məsuliyyət və səlahiyyətlərinin müəyyənləşdirilməsi;
• Vəzifə təlimatlarının, vəzifə pasportlarının və digər təşkilati sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi;
• Dərəcələndirmə (Grading) sisteminin qurulması, vəzifələrin qiymətləndirilməsi və vəzifə səviyyələrinin formalaşdırılması;
• Səriştə pasportları və kataloqlarının hazırlanması
• Karyera xəritələrinin və karyera inkişaf çərçivələrinin hazırlanması, vəzifələrarası inkişaf yollarının müəyyənləşdirilməsi;
• İşçi qüvvəsinin planlaşdırılması və ştat ehtiyaclarının təhlilinin aparılması, resurs optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
• Struktur və ştat dəyişikliklərinin təşkilati və əməliyyat təsirlərinin qiymətləndirilməsi;
• Vəzifələr və struktur bölmələri üzrə KPI matrislərinin hazırlanması və yenilənməsinin koordinasiya edilməsi;
• Təşkilati dizayn və planlama üzrə analitik hesabatların, təqdimatların və təhlillərin hazırlanması;
• Təşkilati transformasiya və dəyişiklik layihələrinin həyata keçirilməsində iştirak etmək.
Namizədlərdən tələblərimiz:
• İnsan resurslarının idarə edilməsi, Menecment, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
• Təşkilati dizayn, təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
• Təşkilati struktur, ştat cədvəli, iş analizi, dərəcələndirmə sistemi və vəzifə arxitekturası üzrə praktiki təcrübə;
• Layihələrin idarə olunması və dəyişikliklərin idarə edilməsi üzrə biliklər üstünlük hesab olunur.
Metropoliten Sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 24 iyun 2026-cı il