" Xalq Sığorta " ASC komandasına  İR üzrə kiçik mütəxəssis axtarırıq

 

Namizədə dair gözləntilər və xüsusi tələblər:

Ali təhsil;

·       Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

·       Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;

·       1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;

·      Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;     

·       Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.

·       Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

 

·       AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması; 

İşçilərin şəxsi işlərinin  formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;

İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;

Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;

Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;

Arayışların hazırlanması və qeydiyyatın aparılması;

HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.

Əlavə məlumat:

 

·      İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

·      İş yeri: Bakı şəhəri

·     İmtiyazlar: Könüllü tibbi sığorta

·      Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 

    Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis) qeyd edərək, [email protected]  elektron ünvanına göndərilməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.