"XALQ SIĞORTA" ASC-də İnsan Resursları əməliyyatları üzrə mütəxəssis axtarılır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
· Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyədə bilməli;
· 1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
· Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word-əla, Excel-yüksək);
· Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
· Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
· AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
· Aylıq tabel uçotunun aparılması;
· Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Struktur və vəzifə dəyişiklikləri, rotasiya və digər HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
Arayışların hazırlanması və qeydiyyatın aparılması;
İş şərtləri:
· İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
· Əmək haqqı: Razılaşma yolu ilə
· İş yeri: Bakı şəhəri
· İmtiyazlar: Könüllü tibbi sığorta
· Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.