“FAM Group Consulting” MMC İnsan Resursları sahəsində təcrübə proqramı elan edir.
Proqram sənə nə vəd edir?
Peşəkar komanda ilə işləmək imkanı
Real iş mühiti və praktiki biliklər
3 aylıq ödənişsiz təcrübə proqramı
Proqramın sonunda sertifikat və ya imtahan nəticəsindən asılı olaraq iş təklifi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 226
İş qrafiki: 5 günlük
Nahar: təmin olunur
Namizəddən gözlənilən tələblər:
Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
MS Office proqramlarında işləmək bacarığı
Əmək qanunvericiliyi üzrə baza biliklər
Məsuliyyətlilik, dəqiqlik və ünsiyyət bacarıqları
İngilis dili biliyi arzuolunandır
Yaş həddi: 22–25
Təcrübə proqramı çərçivəsində öyrənəcəklərin:
ƏMAS, SİMA, E-gov, İSB sistemlərində işləmək
Əmək müqavilələrinin idarə olunması
Əmrlərin, aktların və digər sənədlərin hazırlanması
Əməkhaqqı və məzuniyyət hesablamaları
Bəyannamələrin hazırlanması və digər HR prosesləri
Müraciət qaydası:
CV-nizi [email protected] elektron ünvanına göndərin.
Mövzu hissəsində “İR təcrübəçi” qeyd etməyiniz xahiş olunur.