TƏBİB tabeliyində olan Yardımlı Rayon Mərkəzi Xəstəxanası İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir:
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️Ali təhsil (İdarəetmə və Humanitar sahələrə üstünlük veriləcəkdir);
▪️Sahə üzrə 5 il iş təcrübəsi;
▪️Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
▪️Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”;
- Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
- Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
- Kargüzarlıq işlərinin elektron mühitdə aparılması, elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı.
İşin təsviri:
▪️Şöbənin fəaliyyət qayda və prosedurlarının hazırlanması və icrasına nəzarət edilməsi;
▪️İşçilərin əmək və intizam qaydalarına riayət olunmasına nəzarət;
▪️Həvəsləndirmə və intizam tədbirləri üçün rəhbərliyə təkliflərin verilməsi;
▪️İşə qəbul, yerdəyişmə, işdən azad edilmə və digər əmək hüquq və vəzifələrinin vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi;
▪️ƏMAS portalına məlumatların daxil edilməsinin və yenilənməsinin təmin edilməsi;
▪️İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin qeydiyyat, saxlanma və məxfi məlumatların qorunmasının təmin edilməsi;
▪️İnsan resursları üzrə elektron məlumat bazasının idarə edilməsi;
▪️Əmək haqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə və məzuniyyət sənədlərinin hazırlanaraq Maliyyə departamentinə təqdim edilməsinin təmin edilməsi;
▪️Korporativ davranış qaydalarına riayət olunmasına nəzarət;
▪️Vəzifə təlimatlarının hazırlanması və yeni işçilərin tanışlığının təmin edilməsi;
▪️Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyenik tələblərə riayət olunmasına nəzarət;
▪️Təlimatların hazırlanması, təlimlərin təşkili və biliklərin yoxlanılmasına nəzarət;
▪️Bədbəxt hadisələrin təhlili və uçotunun aparılması, iş yerlərinin attestasiyası və texniki sahələrə nəzarətin təmin edilməsi.
Müraciət qaydası:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Yarımlı RMX – Maliyyə şöbəsinin müdiri” qeyd olunmalıdır;
CV-lər 22 yanvar 2026-cı il tarixinə qədər göndərilməlidir.