İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri:
Yardımlı Rayon Mərkəzi Xəstəxanası
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali təhsil (İdarəetmə və Humanitar sahələrə üstünlük veriləcəkdir);
Sahə üzrə 5 il iş təcrübəsi;
Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
Qanunvericilik üzrə biliklər.
İşin təsviri:
Şöbənin fəaliyyət qayda və prosedurlarının hazırlanması və icrasına nəzarət edilməsi;
İşçilərin əmək və intizam qaydalarına riayət olunmasına nəzarət;
Həvəsləndirmə və intizam tədbirləri üçün rəhbərliyə təkliflərin verilməsi;
İşə qəbul, yerdəyişmə, işdən azad edilmə və digər əmək hüquq və vəzifələrinin vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi;
ƏMAS portalına məlumatların daxil edilməsinin və yenilənməsinin təmin edilməsi;
İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin qeydiyyat, saxlanma və məxfi məlumatların qorunmasının təmin edilməsi;
İnsan resursları üzrə elektron məlumat bazasının idarə edilməsi;
Əmək haqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə və məzuniyyət sənədlərinin hazırlanaraq Maliyyə departamentinə təqdim edilməsinin təmin edilməsi;
Korporativ davranış qaydalarına riayət olunmasına nəzarət;
Vəzifə təlimatlarının hazırlanması və yeni işçilərin tanışlığının təmin edilməsi;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyenik tələblərə riayət olunmasına nəzarət;
Təlimatların hazırlanması, təlimlərin təşkili və biliklərin yoxlanılmasına nəzarət;
Bədbəxt hadisələrin təhlili və uçotunun aparılması, iş yerlərinin attestasiyası və texniki sahələrə nəzarətin təmin edilməsi.
Müraciət qaydası:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Yardımlı RMX – İnsan resursları şöbəsinin müdiri” qeyd olunmalıdır;
CV-lər 20 fevral 2026-cı il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.