İnsan Resursları üzrə Aparıcı / Baş Mütəxəssis vakansiyası

 

İnsan resursları sahəsində təcrübəli, sənədləşdirmə və HR proseslərini peşəkar şəkildə idarə edə bilən xanım əməkdaş axtarırıq. Aşağıdakı öhdəliklər sənin üçün uyğundursa, komandamıza qoşulmağa məmnun olarıq.

 

 Vəzifə öhdəlikləri:

• Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə işin koordinasiyası və hesabatların vaxtında təqdim edilməsi

 • Əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin icrası

 • Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi

 • İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması və arxivləşdirilməsi

 • HR məlumat bazasının yaradılması və daim aktual saxlanılması

 • Davamiyyətə nəzarət, gecikmə və məzuniyyətlərlə bağlı hesabatların hazırlanması

 • Məzuniyyət qrafikinin tərtibi və istifadəsinə nəzarət

 • Rəhbərlik tərəfindən verilən HR tapşırıqlarının icrası

 

 Namizəddən tələblər:

 • Ali təhsil

 • İnsan resursları sahəsində minimum 3+ il iş təcrübəsi

 • AR Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yüksək bilik

 • E-gov portalları (ƏMAS, DMA və s.) ilə işləmə bacarığı

 • Dəqiqlik, analitik düşüncə və sənədləşdirmə bacarığı

 • Komanda ilə işləmə mədəniyyəti və yaxşı kommunikasiya

 

 İş şəraiti:

 • İş qrafiki: 09:00 – 18:00

 • 5 günlük iş həftəsi

 • Nahar şirkət tərəfindən təmin olunur

 • Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç. 12

 • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə Aparıcı və ya Baş Mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.