SOCAR-ın Baş ofisinin İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin Sənaye bacarıqlarının inkişafı şöbəsinə İnsan resursları üzrə aparıcı mütəxəssis (öyrənmə və inkişaf istiqaməti üzrə) axtarırıq:

 

Vəzifə funksiyaları:

  Öyrənmə ehtiyaclarının müəyyən edilməsinin təşkili, öyrənmə alətlərinin formalaşdırılması və tədrisin inkişafı üzrə tədbirlərin görülməsi;

 Şirkət üzrə əməkdaşların müəyyən olunmuş ortaq səriştə boşluqlarının inkişafi üzrə müvafiq 

peşəkar inkişaf proqramların təşkil və idarə edilməsi;

 Şirkət üzrə rəhbərlərin inkişafı proqramlarının həyəta keçirilməsi ilə bağlı müvafiq fəaliyyətlərin icra edilməsi;

 Şirkətin strateji məqsədlərinə və işçilərin inkişaf ehtiyaclarına uyğun olaraq təlim prioritetlərini müəyyən edilməsi;

 Öyrənmə ehtiyacından asılı olaraq təlimlərin effektiv şəkildə təşkili üçün ən uyğun metodların (daxili, xarici, onlayn və s.) seçilməsi və təlimlərin təşkili;

Daxili təlimçilik prosesinin idarə edilməsi;

 Dövri olaraq təlim proqramlarının məzmununun təkmilləşdirilməsi və onların şirkətin ehtiyaclarına uyğunluğunun təmin edilməsi;

 Təlimlərin və prosesin qiymətləndirilməsi, nəticələrin təhlili və təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsi.

 

 Tələblər:

 Aidiyyəti və ya yaxın istiqamət üzrə minimum Bakalavr pilləsi;

 Minimum 3 il iş təcrübəsi;

 Təlim ehtiyaclarının analizi; Təlim proqramlarının dizaynı, yaradılması;

 Təlim effektivliyinin ölçülməsi;

 Təlimlərin planlanması və təşkili;

 Kənar vendorlarla işləmə;

 Ənənəvi və modern təlim metod, alət və texnikaları ilə tanışlıq;

 MS Office bacarıqları (PowerPoint, Excel, Word, Teams, Outlook - Yüksək səviyyədə);

 Biznes anlayışı (baza səviyyədə maliyyə, satınalma, layihəidarəetmə savadlılığı);

 İR-nın digər funksiyalarına aid nəzəri biliklər-(İstedadların İdarəedilməsi, Qiymətləndirmə, Davamçılar, Performans sistemi, 360 qiymətləndirmə, İR Planlama və s.) (yaxşı səviyyədə);

 Analitik düşüncə; Kritik yanaşma;

 Effektiv kommunikasiya; Problem həlletmə;

 Müştəriyönümlülük və maraqlı tərəflərlə iş;

 Yaradıcılıq və innovativ düşüncə;

 Adaptivlik və çeviklik;

 Planlama və təşkilatçılıq;

 İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;

 Sahə üzrə beynəlxalq sertifikat arzuolunandır;

 

 Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” başlığı ilə [email protected] elektron poçtuna 23.04.2026-cı il tarixinədək göndərmələri xahiş olunur.

 

 Yalnız uyğun hesab olunan namizədlərlə əlaqə yaradılacaq

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.