Şirvan şəhərində yerləşən istehsalat müəssisəmiz üçün "İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

 

İnsan resursları üzrə aparıcı mütəxəssis

 

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya Sosial elmlər üzrə)

• İnsan Resursları sahəsində ən azı 2-4 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə üstünlükdür)

• AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək

• MS Office və 1C (və ya digər ERP sistemləri) proqramlarında sərbəst işləmək bacarığı

• Analitik düşüncə, yüksək ünsiyyət qurma bacarığı və operativlik

 

Vəzifə öhdəlikləri:

• AR Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət və ezamiyyət əmrlərinin, eləcə də əmək müqavilələrinin hazırlanması və "ƏMAS" alt sistemində qeydiyyatı

• İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi

• Əmrlərin, sərəncamların, göstərişlərin və kadr sənədlərinin hazırlanmasının təmin edilməsi

• İş vaxtının uçotu, tabel uçot cədvəllərinin hazırlanması və onlara nəzarətin həyata keçirilməsi

• Kadr ehtiyaclarının müəyyən edilməsi, vakansiyaların hazırlanması və müsahibə prosesində iştirak edilməsi

• Yeni işə qəbul olunan işçilərin adaptasiya prosesinin təşkil edilməsi

 

İş qrafiki: 5 günlük iş rejimi 

İş yeri: Şirvan

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis (Şirvan)” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.