İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vakansiyası

 

Tabeli qurumlarımızdan biri üçün şirkətin insan resursları siyasətinə uyğun olaraq İnsan Resursları proseslərinin təşkili, icrası və nəzarətini həyata keçirəcək “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” axtarışındayıq.

 

Vəzifə Öhdəlikləri:

• Şirkətin insan resursları siyasətinə uyğun olaraq işə qəbul, xitam, məzuniyyət, ezamiyyə, dəyişiklik və digər İR proseslərinin düzgün, vaxtında və effektiv icrasını təmin etmək;

• İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;

• Əmək haqqının, bonusların, əlavələrin, tutulmaların və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq hesablanması və nəzarətdə saxlanılması;

• İnsan Resursları üzrə əməliyyatların 1C proqramı və ƏMAS portalında düzgün aparılmasını təmin etmək;

• İSB, ƏMAS və digər İR sistemləri üzərindən əməliyyatların icrasını təmin etmək;

İşə yeni başlayan əməkdaşlar üçün oriyentasiya və adaptasiya proseslərinin təşkili və icrasına rəhbərlik etmək;

• Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək qanunvericiliyinə uyğunluğuna nəzarət etmək;

• ƏMAS sistemində təşkilati strukturların yaradılması, yenilənməsi və struktur dəyişikliklərinin qeydiyyatını aparmaq və nəzarətdə saxlamaq;

• Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi, yoxlanılması və imzalanması prosesinin koordinasiyası;

• Tabel cədvəllərinin hazırlanmasına nəzarət etmək, iş vaxtının uçotunu aparmaq və təsdiq üçün müvafiq struktur rəhbərləri ilə koordinasiyanı təmin etmək;

• Şirkətdaxili İR sənədləşmə proseslərinin standartlara uyğun aparılmasını təmin etmək;

• Rəhbərlik tərəfindən verilən vəzifə funksiyalarına uyğun digər tapşırıqların icrası.

• İş elanlarının hazırlanması və vakansıyaların paylaşılmasını təmin etmək;

• Potensial namizədlərlə görüşlər və onların təcrübə və uyğunluğunu qiymətləndirilməsi;

• Namizəd axtarışı, ilkin seçimi və müsahibələrin keçirilməsini təmin etmək;

• İşə qəbul sənədlərinin hazırlanması və namizədlərlə əlaqəli digər inzibati tapşırıqların yerinə yetirilməsini təmin etmək;

• Rəhbərlik tərəfindən verilən vəzifə funksiyalarına uyğun digər tapşırıqların icrası.

 

Tələb Olunan Bilik və Bacarıqlar:

• Ali təhsil (İnsan Resursları, İdarəetmə, Menecment və əlaqədar sahə üzrə);

• İnsan resursları sahəsində minimum 3 il təcrübə;

• 1C proqramında işləmə bacarığı;

• ƏMAS və İSB sistemləri üzrə yüksək səviyyədə biliklər;

• Əmək qanunvericiliyi və əməkhaqqı hesablanması üzrə biliklər;

• Analitik düşüncə, detallara diqqət və məxfi məlumatlarla işləmə bacarığı;

• Sənədləşmə və korporativ yazışma bacarıqları;

• Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı;

• MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;

• Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;

• Azərbaycan dili – əla, Rus və ya İngilis dili – arzuolunandır.

 

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.