AKABE MMC “İnsan Resursları üzrə Baş Mütəxəssis” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
• Təhsil: Ali;
• Müvafiq sahədə iş təcrübəsi : minimum 2 il;
• Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;
• Yaş Həddi: 25 - 45
• Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
• Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
• Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
• Komandada işləmək bacarığı və istəyi;
• Gərgin iş qrafiki ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi;
• İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS-da rəsmi əməliyyatlar; İSB
• 1C proqramında işləmə bacarığı (Logo proqramını bilmək üstünlükdür)
• Rəsmi əməliyyatlara uyğun olaraq sənədlərin əmrləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatın aparılması;
• Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
• İşçilərin vəzifə təlimatlarının hazırlanması;
• Bütün sənədlərin düzgün arxivləşdirilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
İş şərtləri:
• İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00, şənbə-bazar istirahət;
• Əmək haqqı 850 – 1000 AZN;
• Ünvan: Bakı şəh, Nərimanov ray, Nəcəf Nərimanov küç, 4
Maraqlananlar öz CV formalarını [email protected] elektron poçt göndərməsi xahiş olunur.