Mazarina Trade Company MMC - İnsan Resursları üzrə Kiçik Mütəxəssis
İnsanlarla işləməyi, HR sahəsində inkişaf etməyi və dinamik iş mühitində təcrübə qazanmağı istəyirsinizsə, komandamıza qoşulmağınızı gözləyirik!
Əsas vəzifə və öhdəliklər:
İşə qəbul və seçim prosesinin təşkilində iştirak etmək;
• Namizədlərin CV-lərini nəzərdən keçirmək və ilkin seçim aparmaq;
• Müsahibələrin təşkili və namizədlərlə əlaqələndirməni həyata keçirmək;
• İşə qəbul, işdən azad olunma və digər kadr prosesləri üzrə sənədləşməni aparmaq;
• Əmək müqavilələri və kadr sənədlərinin hazırlanmasında iştirak etmək;
• Əməkdaşların şəxsi işlərinin və HR məlumatlarının düzgün şəkildə aparılmasını təmin etmək;
• ƏMAS və digər HR sistemlərində məlumatların işlənməsində iştirak etmək;
• İşçilərin davamiyyət, məzuniyyət və digər HR məlumatlarını izləmək;
• Əməkdaşların müraciətlərini qəbul etmək və HR məsələləri üzrə dəstək göstərmək;
• Şirkətin daxili intizam və HR prosedurlarının icrasına dəstək olmaq.
Vakansiya üzrə tələblər:
• Müəyyən sahədə azı 6 ay təcrübə;
• Bəy namizədlər;
• ƏMAS platformasında sərbəst şəkildə istifadə etmə bacarığı;
• İşgüzar və məsuliyyətli olmalı;
• Problemləri həll etmə bacarığı;
İş Şəraiti:
• Əmək haqqı: Bazar rəqabətinə uyğun
• İş qrafiki: 09:00–18:00
• İstirahət günləri: Şənbə və Bazar
• Ünvan: Yusif Vəzir Çəmənzəminli küç. 14
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] e-mailinə mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis" qeyd edərək göndərmələri xahiş