Vakansiya: İnsan Resursları üzrə Kiçik Mütəxəssis

 

Fam Group Consulting şirkəti insan resursları sahəsində təcrübəli əməkdaş axtarır.

 İş yeri: Bakı şəhəri, Nərimanov r., Əhməd Rəcəbli küç. 226

 İş rejimi: Tam iş günü

 Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Vəzifə öhdəlikləri:

Əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi;

İşə qəbul, işdən azadetmə və daxili yerdəyişmələrin sənədləşdirilməsi;

Ezamiyyət, məzuniyyət və davamiyyət uçotunun aparılması;

Əmək qanunvericiliyinə və daxili qaydalara riayət olunmasına nəzarət;

Elektron informasiya sistemlərinə (e-gov, EMAS və s.) məlumatların düzgün və vaxtında daxil edilməsi;

HR sənədlərinin arxivləşdirilməsi və idarə edilməsi;

İnsan resursları proseslərinin təkmilləşdirilməsində iştirak.

Namizədə tələblər:

Ali təhsil;

İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;

Əmək Məcəlləsi üzrə bilikləri;

MS Office proqramlarında işləmək bacarığı;

Elektron hökumət portalı və digər dövlət sistemlərində işləmə bacarığı;

Dəqiq, məsuliyyətli və komanda ilə işləmə bacarığı.

Müraciət üçün CV-lərinizi [email protected] ünvanına "İR mütəxəssis" göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.