“ AZERA Holding ” daxilində fəaliyyət göstərən “Baku Medical Plaza” Mərkəz filialına İnsan resursları üzrə kiçik mütəxəssis axtarılır. 

 

Əsas vəzifə öhdəlikləri:

        İşə qəbul prosesinin tam dövrü üzrə fəaliyyətin həyata keçirilməsində iştirak etmək;

        Vakansiyaların yerləşdirilməsi və namizədlərin cəlb olunması;

        Daxil olan CV-lərin ilkin qiymətləndirilməsi, uyğun namizədlərin seçilməsi və ilkin müsahibələrin təşkili;

        Namizədlərlə davamlı və peşəkar kommunikasiyanın qurulması;

        Müsahibələrin koordinasiyası və nəticələrin izlənilməsi;

        Yeni əməkdaşların işə qəbul sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;

        Əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkilində iştirak etmək;

        İşçi məlumat bazasının və HR sənədlərinin dəqiq şəkildə idarə olunması;

        Əmək haqqı hesablamalarının hazırlanması və digər HR fəaliyyətlərinin icrasında dəstək göstərilməsi;

        Şirkətin daxili prosedur və qaydalarına uyğun HR əməliyyatlarının həyata keçirilməsi.

        

Namizədə tələblər:

        Ali təhsil;

        İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;

        HR sahəsində əlavə təlim və sertifikatların olması üstünlükdür;

        MS Office proqramlarında sərbəst işləmək bacarığı;

        Güclü ünsiyyət və kommunikasiya bacarıqları;

        Komandada işləmək bacarığı;

        Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

        

Əmək haqqı: 600 AZN

Həftə içi 6 gün (6-cı gün qısaldılmış)

 

 Müraciət üçün CV-nizi göndərin:

Mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd edərək [email protected] göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.