VAKANSİYA ELANI | İnsan resursları üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri:
• Şirkətin insan resursları siyasətinə uyğun olaraq kadr uçotu və sənədləşmə işinin təşkili;
• Əmək Məcəlləsinə əsasən əmək münasibətlərinin idarə olunması və inzibati prosedurların icrası;
• İnsan resursları üzrə məlumat bazasının idarə olunması;
• Birbaşa rəhbər tərəfindən həvalə edilən digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
• Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti.
Əlavə məlumat:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş rejimi: I–V günlər, 09:00–18:00 (şənbə və bazar günləri qeyri-iş günləridir);
• Nahar fasiləsi: 13:00–14:00;
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.
İş yeri: Gəncə şəhəri, Atatürk prospekti 127
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis/Gəncə” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.