İnsan Resursları üzrə Mütəxəssis vakansiyası
Metal istehsalı sahəsində fəaliyyət göstərən UNIMETAL MMC komandamıza İnsan Resursları üzrə Mütəxəssis axtarırıq.
Sənin əsas vəzifələrin olacaq:
• Davamiyyətin gündəlik və aylıq cədvəllərdə izlənməsi, hesabatların hazırlanması;
• Vakansiyaların idarə olunması və uyğun namizədlərin axtarışı;
• İşə qəbul prosesinin təşkili, ilkin müsahibələrin keçirilməsi və sənədləşmənin təmin edilməsi;
• Yeni işçilərin qeydiyyatı və şəxsi işlərinin formalaşdırılması;
• İşçilərlə bağlı ərizələrin, məzuniyyət və işdən çıxış sənədlərinin düzgün və vaxtında təqdim edilməsi;
• Əmək münasibətlərinin düzgün tənzimlənməsi prosesində iştirak.
Namizəddən gözləntilərimiz:
• Ali təhsil (İnsan Resursları, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə);
• 1–3 il iş təcrübəsi;
• Əmək Məcəlləsi və MS Office proqramları üzrə biliklər;
• Yüksək məsuliyyət, diqqətlilik və ünsiyyət bacarığı;
• Komanda ilə işləmə və planlama bacarığı.
Biz təklif edirik:
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşmə;
• 6 günlük iş rejimi;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı: 1000 AZN;
• İş yeri: Mehdiabad qəsəbəsi.
Müraciət üçün CV-ni “İnsan Resursları üzrə Mütəxəssis” başlığı ilə
[email protected] ünvanına göndər.