İnsan Resursları üzrə mütəxəssis (Bakı şəhəri) - Baku Bus

 

 Vəzifə öhdəlikləri:

Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;

İşçilərin davamiyyət uçotunun aparılması;

ƏMAS sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);

Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi;

Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;

Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;

Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;

Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;

Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması;

Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;

Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

 

 Tələblər:

Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);

İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;

Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;

Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;

1C, Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;

Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;

Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

 

İş şəraiti:

İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;

İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

 

Müraciət etmək üçün: 

[email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.