Azersun Holdingdə Xırdalan şəhərində yerləşən müəssisəmiz üçün "İnsan resursları üzrə mütəxəssis" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. 

 

Tələblər:

• İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı

• Əmək Məcələsini, Əmək qanunvericiliyini və Kadr kargüzarlığını yüksək səviyyədə bilməli;

• MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı; 

• SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;

• İşgüzar ünsiyyət, analiz etmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;

 

Vəzifə öhdəlikləri: 

• Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;

• Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;

• Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;

• İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;

• Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;

• İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;

• Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;

• İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;

• Struktur bölmələrindən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.

 

İş Yeri: Xırdalan şəhəri 

İş Qrafiki: Həftə içi 5 gün, 08:00-17:00

 

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 

 CV göndərmək üçün: [email protected]

 Mövzu hissəsində: “İnsan resursları üzrə mütəxəssis – 28132 ”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.