"MINT SERVİCES" MMC yeni başlayacaq layihə üçün İnsan Resursları şöbəsində “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifə dəyişikliyinin edilməsi, mükafatlandırılması işlərinin yerinə yetirilməsi;
• Əmək kitabçalarının qeydiyyatının aparılması,yeni işçilər üçün əmək kitabçalarının açılması, ehtiyac olarsa, yeni və mövcud əmək kitabçalarının doldurulması;
• İşçilərlə bağlı bütün dəyişikliklərin dövlət portalına daxil edilməsi;
• Əmək haqqı kartlarının sifarişinin təmin edilməsi;
• Məzuniyyət qrafikinin tərtib olunması və məzuniyyətdən istifadənin nəzarətdə saxlanılması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və arxivləşdirilməsi işlərinin həyata keçirilməsi;
• İşçilər tərəfindən müraciət olarsa arayış və xasiyətnamələrin hazırlanması və təqdim edilməsi;
• Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etdilməsi;
• Əlavə olaraq: Vakansiya elanlarının paylaşılması, ilkin namizəd seçiminə dəstək göstərilməsi və müsahibə proseslərinin təşkilində iştirak etmək.
Namizədə dair tələblər:
• İşin şəraitinə əsasən bəy namizəd tələb olunur;
• Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
• İnsan Resursları sahəsi üzrə azı 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
• MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli);
• Xarici dil biliyi üstünlükdür;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
İş şəraiti:
• İş saatları: 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00;
• İstirahət günü: Şənbə, Bazar;
• İş yeri: Bakı şəhəri;
• Nahar şirkət tərəfindən verilir;
• AR Əmək Q. əsasən rəsmiləşdirilmə;
• Əmək haqqı: 800-900 AZN.
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.