Vakansiya: İnsan resursları üzrə mütəxəssis

Müəssisə: Bazarstore MMC

 

Tələblər:

·  Təhsil: Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə təhsil);

·  Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı (Pərakəndə sektorunda olması üstünlükdür);

·   Əmək qanunvericiliyini və kadr kargüzarlığını yüksək səviyyədə bilməli;

·   MS Office proqramları üzrə yüksək biliklər;

·   SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;

·   İngilis və Rus dili bilikləri arzuolunandır;

·   İşgüzar ünsiyyət, analizetmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı.

 

 Vəzifə öhdəlikləri:

·   Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;

·   Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;

·    Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;

·    İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;

·    Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;

·    İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;

·    Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;

·    İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;

·    Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., Bazarstore MMC Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 27292” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.