İnsan Resursları üzrə Mütəxəssis vakansiyası

 

Komandamızda sənə ehtiyac var.

Əgər sənin İnsan resursları üzrə 1-2 illik iş təcrübən varsa,öz işinin mütəxəsisənsə biz səni axtarırıq:

 

Vəzifə öhdəlikləri:

Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;

İşçilərin davamiyyət uçotunun aparılması;

ƏMAS sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);

Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;

Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;

Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;

Əmək haqqı və digər ödənişlərin hesablanması;

Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

EMAS-da əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatı və izlənməsi

İSB-də HR/kadr məlumatlarının daxil edilməsi, yoxlanması, uyğunluq nəzarəti

Tələblər:

İnsan Resursları, Hüquq, İdarəetmə və ya oxşar sahə üzrə ali təhsil;

İR sahəsində minimum 1-2 il iş təcrübəsi (konsaltinq təcrübəsi üstünlükdür);

Əmək Məcəlləsi üzrə əla biliklər;

MS Office proqramlarında sərbəst işləmə bacarığı;

Ünsiyyətcil, məsuliyyətli və analitik düşünmə qabiliyyəti;

Azərbaycan dili səlis, rus dili arzuolunandır.

Biz təklif edirik:

Stabil iş mühiti;

Peşəkar inkişaf və təcrübə qazanmaq imkanı;

Konsaltinq layihələrində iştirak;

Qanunvericiliyə uyğun əmək münasibətləri.

Şərtlər:

İş qrafiki: 5 gün (Bazar ertəsi – Cümə)

İş vaxtı: Tam ştat

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müzakirə olanacq.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.