Mingəçevir Dövlət Universiteti İnsan resursları sahəsində təcrübəli və peşəkar namizədlər üçün İnsan resursları üzrə mütəxəssis  vəzifəsinə vakansiya elan edir. 

 

Tələblərə uyğun təcrübəli, akademik mühitdə inkişaf etmək istəyən və özünə, biliyinə, kreativliyinə inanan namizədlər CV.lərini [email protected] ünvanına göndərə bilərlər.

 

 Vəzifə öhdəlikləri:

- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, mükafatlandırma, intizam tənbehi və işdən azad olunma proseslərinin icrası;

- Elektron sistemə bildirişlərin işlənilməsi;

- İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;

- Məlumat bazasında dəyişiklikləri və yenilikləri qeyd etmək;

- Məzuniyyət cədvəlini tərtib edərək nəzarət etmək;

- Məzuniyyət və ezamiyyət sənədlərini hazırlamaq və qeydiyyata salmaq;

- İR strategiyasının və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;

- İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;

- İş fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq.

 

 Tələblər:

- Ali təhsil (İnsan resursları, idarəetmə və yaxın sahələr üzrə arzuolunandır);

- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;

- AR Əmək Məcəlləsinə dair mükəmməl bilik və bu sahədə praktiki təcrübə;

- Elektron Hökumət Portalları ilə işləmək bacarığı;

- Sənədləşmə və rəsmi yazışmaları yüksək səviyyədə icra etmək bacarığı;

- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;

- Analitik düşüncə və problem həll etmə bacarığı;

- Operativ və düzgün qərar vermə bacarığı;

- Nəticəyönümlülük;

 

 Tələblərə uyğunsunuzsa və öz ideyalarınız, yaradıcılığınız və peşəkarlığınızla dəyər qatacağınıza inanırsınızsa, CV.nizi səbirsizliklə gözləyirik. 

 

 Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılaraq əlavə yaranan suallarla bağlı məlumat veriləcək!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.