İnsan Resursları üzrə Mütəxəssis vakansiyası
Əsas tələblər
Ali təhsil (İnsan Resursları, Menecment və ya əlaqəli sahə üzrə)
İnsan Resursları sahəsində minimum 1-3 il iş təcrübəsi
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
Rus dili biliyi üstünlükdür
Bəy namizədlərə üstünlük verilir
MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı
Peşəkar bilik və bacarıqlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
İnsan resursları funksiyalarının (işə qəbul, xitam, məzuniyyət, sığorta və s.) vaxtında və düzgün şəkildə həyata keçirilməsi
İşə yeni başlayan əməkdaşlar üçün oriyentasiya prosesinin təşkili və həyata keçirilməsi
Əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahə üzrə bütün əməliyyatların 1C proqramı və ƏMAS sistemi üzərindən icrası
İşçilərin işdən çıxarılması ilə bağlı müvafiq sənədlərin (xitam əmri, xitam bildirişi və s.) hazırlanması və düzgün qeydiyyatının aparılması
ƏMAS sistemində təşkilati strukturların rəsmiləşdirilməsi və yenilənməsi, struktur dəyişikliklərinin qeydiyyatı
Tabel cədvəllərinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
Kadr sənədlərinin hazırlanması və uçotunun aparılması
HR hesabatlarının hazırlanması və təqdim olunması
Vəzifə funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası İşə qəbul prosesinin təşkili və idarə olunması
Şirkət: FINANCIAL SUPPORT CENTER MMC
Ünvan: Bakı şəh., Rəşid Behbudov küç 59, AF City Biznes Mərkəzi, 15-ci mərtəbə
Qeyd: Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyənləşdiriləcək. CV-ləri [email protected]
elektron poçt ünvanına göndərə bilərsiz.