Vakansiya: İnsan Resursları üzrə mütəxəssis!
Meyvə istehsalı və satışı sahəsində fəaliyyət göstərən “Şirin Aqro” MMC “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• İşə qəbul prosesinin təşkil edilməsi;
• ƏMAS sistemi üzrə əməliyyatların həyata keçirilməsi;
• Əmək müqavilələri, əmrlər, arayışlar və digər kadr sənədlərinin hazırlanması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və saxlanılması;
• Məzuniyyət, ezamiyyət və davamiyyət uçotunun aparılması;
• HR hesabatlarının hazırlanması;
• Şirkətin struktur bölmələri ilə əlaqəli HR məsələlərinin koordinasiyası.
Tələblər:
• İnsan Resursları sahəsində 1-2 il iş təcrübəsi;
• Əmək qanunvericiliyi üzrə biliklər;
• ƏMAS sistemində işləmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Ünsiyyət və təşkilatçılıq bacarıqları;
• Məsuliyyətli və nəticəyönümlü yanaşma.
İş şərtləri:
• İş qrafiki: 5 günlük
• Əmək haqqı: Razılaşma yolu ilə
• Nahar şirkət tərəfindən təmin edilir
• Ünvan: Bakı şəhəri, Çinar plaza
Qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.