“Grand Hayat Management” MMC-də İnsan Resursları üzrə mütəxəssis vakansiyası aktivdir.

 

Tələblər:

·         Ali təhsil

·         HR sahəsində minimum 3 il iş təcrübəsi;

·         Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik;

·         ƏMAS, İsb və digər elektron hökumət portalları ilə işləmək bacarığı;

·         Kadr kargüzarlığı üzrə bilik və təcrübə;

·         Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

·         Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

·         Rus və ingilis dili bilikləri üstünlük hesab olunur;

·         Logix programı ilə işləmə bacarığı

·         Güclü ünsiyyət və təqdimat bacarıqları;

·        Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma;

·        Analitik düşüncə və təşkilatçılıq bacarığı;

·         MS Excel proqramını yüksək səviyyədə bilmək;

·        Komandada işləmək və çoxşaxəli tapşırıqları effektiv idarə etmək bacarığı.

 

Vəzifə Öhdəlikləri:

·         Əmək qanunvericiliyinə uyğun olaraq müəssisədə işçilərin işə qəbulu, işdən çıxarılması, vəzifə dəyişikliyi, mükafatlandırılması və digər əmək münasibətləri proseslərini həyata keçirmək;

·         Əmək kitabçalarını düzgün doldurmaq və yeniləmək;

·         Əməkdaşların şəxsi işlərinin tərtib edilməsini, onların qeydiyyatının aparılmasını və düzgün şəkildə saxlanmasını təmin etmək;

Reklam

·         Gündəlik olaraq əməkdaşlar tərəfindən alınan bütün icazələrin qeydiyyatını aparmaq;

·         Əmrlərin çapa verilməsini, imzaya təqdim olunmasını və düzgün nömrələnməsini təmin etmək;

·         İnsan resurslarının idarə olunması şöbəsinin prosedurların hazırlanmasında, mövcud prosedurlara dəyişikliklərin edilməsində və yenilənmiş versiyaların struktur bölmələrlə razılaşdırılmasında iştirak etmək;

·         Əməkdaşların məzuniyyət uçotunun hazırlanmasına dəstək olmaq, mövcud məzuniyyət qalıqlarının aylıq yenilənməsində iştirak etmək, məzuniyyət əmrlərinin verilməsini və rəsmiləşdirilməsini təmin etmək və uçot məlumatlarının düzgünlüyünü izləmək;

·         Əməkdaşlar üzrə məzuniyyət qalıqlarının səmərəli idarə olunmasını təmin etmək məqsədilə aylıq məzuniyyət qalıqlarına nəzarəti həyata keçirmək, məzuniyyət qalıqları barədə əməkdaşları mütəmadi məlumatlandırmaq və qalıqların vaxtında istifadə edilməsinə dair zəruri tədbirlərin görülməsini təmin etmək;

·         Xəstəlik vərəqələrinin işlənilməsində və sosial məzuniyyətlərin rəsmiləşdirilməsində iştirak etmək və dəstək olmaq;

·         Hər ayın sonunda əməkdaşların iş vaxtı və davamiyyət məlumatlarını əks etdirən tabelin hazırlanması və müvafiq olaraq maliyyə şöbəsinə vaxtında təqdim olunmasına dəstək olmaq;

·        Ezamiyyətlərin, məzuniyyətlərin, xəstəlik vərəqələrinin və tərtib olunan əmrlərin məlumatlarının qeydiyyatının aparılmasını təmin etmək.

·        Struktur bölmə rəhbərlərindən aylıq əməkdaşların iş qrafiklərini toplamaq və uçotun aparılmasına dəstək olmaq;

·         İşə qəbul prosesində iştirak etmək və işə qəbula aid əməliyyat və sənədləşmə proseslərini yerinə yetirmək;

·         Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra edir.

İş şəraiti:

·         İş yeri: Tiblisi prospekti

·         6 günlük iş rejimi (bazar ertəsi – şənbə)

·         İş vaxtı:  (09:00-17:30), şənbə qısa iş günü

·         Nömrə ilə təmin olunma;

·         Əmək haqqı 1127 azn ( gross)

 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə və  [email protected]  elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.