Vakansiya: İnsan resursları üzrə mütəxəssis
"MAN-G Design and Construction" komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
· Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
· İşə qəbul prosesinin tam idarə edilməsi: Vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
· Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
· HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
· KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
· Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
· HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Namizədə dair tələblər:
· HR sahəsində 3-5 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə dərin bilik;
· İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
· Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
· MS Office proqramlarında işləmək bacarığı.
İş şərtləri:
İş qrafiki: Tam iş günü
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqları əsasında təyin olunacaq.
Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən mütəxəssis axtarırıq.
Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə [email protected] mail ünvanına göndərə bilərlər.